SON XƏBƏRLƏR

İran xalqı artıq üsyan edib - Nərgiz Məhəmmədi

2024.12.14, 11:46
İran xalqı artıq üsyan edib - Nərgiz Məhəmmədi

Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, həbsxananın məni susdurmasına imkan verməyəcəyəm.

Gunaz.tv

Bunu tibbi məzuniyyətdə olan Nobel Sülh Mükafatı laureatı və siyasi məhbus Nərgiz Məhəmmədi deyib.

O, Nobel Komitəsinə verdiyi ilk müsahibədə deyib ki, insan hüquqlarını və qadın hüquqlarını müdafiə etmək cinayət deyil.

"Qadın hüquqlarına, insan hüquqlarına və azadlığına sadiqlik heç bir həbsxana divarı ilə məhdudlaşdırıla bilməz. Tehran rejimi məni susdura bilsə də, bu heç nəyi dəyişməyəcək. Ona görə ki, İran xalqı artıq üsyan edib",- Məhəmmədi bildirib.

Qeyd edək ki, 2023-cü il Nobel Sülh Mükafatı laureatı 52 yaşlı zəncanlı Nərgiz Məhəmmədi, son dəfə 2021-ci ilin noyabrında həbs edilib və müxtəlif ittihamlara görə 12 il 9 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

O, dekabrın 4-də girov qarşılığında 21 günlük tibbi məzuniyyətə buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar