SON XƏBƏRLƏR

Şiddətli tənqidlərdən sonra İran hicab qanun layihəsinin icrasını təxirə salır

2024.12.16, 13:10
Şiddətli tənqidlərdən sonra İran hicab qanun layihəsinin icrasını təxirə salır

Bu qanun layihəsi hicab qaydalarına əməl edilməsini təmin etmək üçün ciddi nəzarəti həyata keçirir və onu pozanların ciddi cəzalandırılmasını nəzərdə tutur.

Gunaz.tv

Məlumata görə İran dekabrın 13-də qüvvəyə minməli olan “İffət və Hicab Mədəniyyətinin Təbliği ilə Ailənin Mühafizəsi haqqında Qanun”un icrasını təxirə salıb. Məclis üzvləri qanunun düzəlişlərə ehtiyacı olduğunu deyirlər.

Qanunun icrasının təxirə salınması qanuna qarşı sərt tənqidlərin yönəldilməsindən sonra baş verib. Qanun layihəsinə görə İranda 12 yaşdan yuxarı bütün qadın və qızların ictimai və onlayn platformalarda çıxış edərkən hicab taxmasını tələb olunur.

Qanuna görə məcburi hicab qaydalarının pozulmasına görə külli miqdarda pul cərimələrindən başqa ölüm cəzası belə verilə bilər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar