SON XƏBƏRLƏR

Silah tədarükü marşrutumuz bağlanıb - Nəim Qasım

2024.12.16, 16:03
Silah tədarükü marşrutumuz bağlanıb - Nəim Qasım

Hizbullah, İrandan Suriya ərazisindən keçən ən mühüm silah tədarük marşrutunu itirib.

Gunaz.tv

Bunu Hizbullah-ın baş katibi Nəqim Qasım deyib.

“Bu təchizat marşrutu yeni hökumət qurulandan sonra yenidən normala qayıda bilər və hər zaman başqa yollar var",- o bildirib.

Bu, ilk dəfədir ki, Hizbullah lideri Suriyada Bəşər Əsəd rejiminin süqutunun və İsrailin ağır hücumlarının qrupun silah əldə etmək qabiliyyətinə təsir etdiyini açıq şəkildə etiraf edir.

Qeyd edək ki, Bəşər Əsəd dövründə Suriya, Hizbullah terror təşkilatı və Tehrana bağlı başqa terror qrupları üçün İrandan Livana silah və texnikanın ötürülməsi üçün əsas marşrutə hesab olunurdu.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar