SON XƏBƏRLƏR

"Suriyada hakimiyyət dəyişikliyi ilə bağlı heç bir dövlətlə anlaşmamışdıq"

2024.12.18, 14:14
"Suriyada hakimiyyət dəyişikliyi ilə bağlı heç bir dövlətlə anlaşmamışdıq"

Colani rejimin sürətlə devrilməsində Amerika, Rusiya, İran və digər dövlətlərlə anlaşmanın rol oynaması iddiasını təkzib edib.

Gunaz.tv

GünazTV Teleqraf.com-a istindala xəbər verir ki, bu barədə Suriyada Bəşər Əsəd rejimini devirən qüvvələrin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani) bildirib.

 

“Xeyr, heç bir razılaşma olmayıb. Əksinə, onlar haqlı olaraq öz narahatlıqlarını bildirirdilər ki, biz bu müharibəyə girməyək. Çünki hər kəs Qəzzada xalqımızın başına gələn ağır bombardmanları, keçmişdə xalqımızın yaşadığı qırğınları düşünürdü. Amma biz bu niyyətimizi həyata keçirməliydik, bu düzəndən xilas olmalıydıq. Suriya tam bir həbsxanaya bənzəyirdi. Təkcə Sednaya və ya başqa həbsxanalarda olanlar yox, bütün əhali həbsdən çıxıb azadlığa çıxmış kimi sevinirdi”.

Suriyanın yeni lideri 61 illik “Bəəs” rejimini devirməyin asan başa gəlmədiyini deyib:

“Heç də asan deyildi. Əvvəla, onun çox böyük ordusu və çoxlu silahı vardı. Ordu hərtərəfli təlim keçmişdi. Gecə-gündüz döyüş bacarıqları təkmilləşdirildi, müasir silahlardan istifadə etdik. Amma ən əsası Uca Allahın iradəsidir, bu, onun qələbəsidir. Plan sürətli uğura əsaslanırdı. Bu savaşda yeni və unikal döyüş sənəti yarandı. Ümid edirəm ki, bu, gələcəkdə öyrəniləcək və böyük universitetlərdə dərs kimi tədris olunacaq”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar