SON XƏBƏRLƏR

Şirazda qaşqay türk sənətçisi və döyüşçüsü İsfəndiyar Behzadpurun məzar daşı dağıdılıb

2024.12.19, 13:17
Şirazda qaşqay türk sənətçisi və döyüşçüsü İsfəndiyar Behzadpurun məzar daşı dağıdılıb

Şirazda qaşqay rəssamı və döyüşçüsü İsfəndiyar Behzadpurun məzar daşı dağıdılıb.

Gunaz.tv

Hələlik heç bir qrup və ya şəxs bu vandalizmə görə məsuliyyəti öz üzərinə götürməyib.

Lakin Qaşqay mədəniyyət və sənət simvollarına hücum tarixinə nəzər salsaq, bu hərəkəti İran hökumətinə bağlı bəzi paniranist və faşist qrupların türk kimliyinə zərbə vurmaq cəhdlərindən biri hesab etmək olar.

Qeyd edək ki, İsfəndiyar Behzadpur Xosrov Xanın yaxın adamlarından biri idi. Və İslam Respublikası hökuməti qurulandan sonra böyük Elxan Xosrov Xan Qaşqayın qiyamına verdiyi dəstəyə görə çoxlu təqiblərə məruz qalmışdı.

İsfəndiyar Behzadpur rəssam olmaqla yanaşı, Qaşqay mədəniyyətinin və adət-ənənələrinin qorunub saxlanmasında və ötürülməsində də təsirli şəxs idi. O, hərarətli və məlahətli səsi, dastanlı şeirləri və mahnıları ilə qaşqaylıların qəlbində xüsusi yer tutmuşdur. Bu sənətkarın və döyüşçünün məqbərəsinin dağıdılması qaşqaylıların hisslərini incitməklə yanaşı, bu bölgənin mədəniyyət və incəsənətinə böyük zərbədir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar