SON XƏBƏRLƏR

Qəzvində yenidən etiraz aksiyası keçirildi

2024.12.19, 13:39
Qəzvində yenidən etiraz aksiyası keçirildi

Güney Azərbaycanın Qəzvin şəhərində pulları mənimsənilən vətəndaşlar yenidən etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Onlar bu barədə sosial media şəbəkəsində paylaşım ediblər.

"Təravət novin xodro" avtomobil şirkəti tərəfindən pulları mənimsənilən Qəzvinlilər şəhər məhkəməsi qarşısına toplaşıblar.

Etirazçılar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiklərinə görə etiraz ediblər.

Qeyd edək ki, qəzvinlilərin davamlı etirazlarından sonra şirkət rəhbərliyindən bir neçə nəfər həbs edilib və hazırda onların məhkəmə prosesi gedir.

Aldadılan qəzvinlilər məhkəmənin ədalətli keçirilmədiyini və mənimsəmədə əliolan əsas şəxslərin məsuliyyətə cəlb olunmadıqlarını bildirirlər.

Son bir neçə 2 il ərzində onlarla oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar