SON XƏBƏRLƏR

Husiləri İran yönləndirir - Haqari

2024.12.19, 14:46
Husiləri İran yönləndirir - Haqari

İran Husilərin terror fəaliyyətini maliyyələşdirir, silahlandırır və istiqamətləndirir. Husilər beynəlxalq gəmilərə hücumları, Qırmızı dəniz və digər ərazilərdə mövcudluğu ilə qlobal təhlükəyə çevriliblər.

Gunaz.tv

Bu sözləri İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.

"Husilərin arxasında kim dayanır? İran. Müxtəlif arenalarda digər düşmənlərə qarşı göstərdiyimiz kimi, Yaxın Şərqdə İsrail dövlətinə təhlükə yaradan hər kəsə qarşı hərəkətlərimizi davam etdirəcəyik”,- o xəbərdarlıq edib.

Qeyd edək ki, İsrail ordusunun hava qüvvələri bu gün səhər saatlarında Səna və Hodeyda şəhərlərində husilərin mövqelərinə hücumlar həyata keçirib.

İranın dəstəklədiyi Husi sözçüsü Yəhya Sari, bu hücumlara cavab olaraq İsrailin elektrik və sənaye obyektlərinə hücum edəcəkləri ilə hədələyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar