SON XƏBƏRLƏR

İranda enerji çatışmazlığı - Hökumət təşvişdə

2024.12.23, 16:16
İranda enerji çatışmazlığı - Hökumət təşvişdə

Xüsusən son həftələr İranda enerji çatışmazlığı və elektrik enerjisi verilişində uzun müddətli fasillərin yaranması vətəndaşların narazılığının artmasına, hakimiyyətin təşvişə düşməsinə səbəb olub.

Gunaz.tv

Bu, İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeyinin bu günkü xəbərdarlığından da məlum olur.

O, vətəndaşların yanacaq və elektrik çatışmazlığı böhranı və bunun nəticəsində yaranan narazılıqlara toxunaraq, ölkənin baş prokuroru və əyalət prokurorlarına xəbərdarlıq edib və hazır olmalarını tapışırıb.

"Hazırkı mərhələdə hər hansı bir təhlükənin qarşısını almaq üçün təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə sıx əməkdaşlıq edin",- Ejeyi göstəriş verib.

Bununla eyni vaxtda ölkənin bir çox şəhərlərində elektrik enerjisi verilişi bir neçə saatlığına yenidən dayandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar