SON XƏBƏRLƏR

Ölkədə təbii artımın azalması təhlükəli həddə çatıb - Nazir

2024.12.24, 12:33
Ölkədə təbii artımın azalması təhlükəli həddə çatıb - Nazir

Hazırda ölkədə əhali artımının azalması narahatedici səviyyədədir və bu tendensiya davam edərsə, gələcək 80 ildə ölkə əhalisinin sayı 40 milyon nəfərdən aşağı düşəcək, bu isə böyük fəlakət deməkdir.

Gunaz.tv

Bu sözləri İranın daxili işlər naziri İsgəndər Mömüni deyib.

O, dövlət qurumlarını vətəndaşların, xüsusən gənclərin maarifləndirməsi və ailə quraraq uşaq dünyaya gətirmələri üçün proqramlar hazırlamağa çağırıb:

“İlk növbədə əhalinin azalması prosesinin qarşısını almalı, ikinci mərhələdə isə cəmiyyətin artımına çalışmalıyıq”.

Səhiyyə nazirinin müavini Əlirza Rəisi isə bildirib ki, 30 ildən sonra İran əhalisinin üçdə birini qocalar təşkil edəcək, 70 ildən sonra isə əhalinin sayı 50 milyondan aşağı düşəcək.

Qeyd edək ki, 2022-ci ildən başlayaraq Əli Xameneinin göstərişi ilə çoxuşaqlılığın təbliği ilə bağlı xüsusi kampaniya başladılıb və bütün cümə imamları, məsul şəxslər bu yöndə fəaliyyətə cəlb olunublar.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

İnsan haqları təşkilatlarının məlumatına görə, bu tədbirlər azyaşlıların, xüsusən azyaşlı qız uşaqlarının evləndirilməsi hallarının artmasına səbəb olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar