SON XƏBƏRLƏR

Azərbaycanlı milli fəalı Araz Aman 37 yaşını Evin həbsxanasında qeyd edib

2024.12.24, 12:58
Azərbaycanlı milli fəalı Araz Aman 37 yaşını Evin həbsxanasında qeyd edib

23 dekar 2024-cü il bazar ertəsi Tehranın Evin zindanında məhbus olan azərbaycanlı fəal Araz Aman 37 yaşını həbsxananın 4-cü palatasında qeyd etdi.

Gunaz.tv

Araz Aman  2024-ci il fevral ayının 7-də məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs edilmiş və döyülmüşdür.

Sağlamlıq durumunun ağır olmasına və saxlanılmasından uzun zaman keçməsinə baxmayaraq Araz Amanın nə müvəqqəti olaraq zaminə burazılmasına, nə də gərəkli olan tibbi yatdımı almasına imkan verilir.

Xatırladaq ki, Araz Aman  “toplaşmaq və milli təhlükəsizliyə qarşı sövdələşmək” və “casusluq” ittihamları ilə hakim Səlvati tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa onun ölkədən çıxışına da iki illik qadağa qoyulub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar