SON XƏBƏRLƏR

İran tankerləri Əfqanistanda girov saxlanılır - İran rəsmisi

2024.12.25, 10:36
İran tankerləri Əfqanistanda girov saxlanılır - İran rəsmisi

Taliban hökuməti İrana məxsus 400 yanacaq tankerini girov götürüb və onların geri qaytarılmasından imtina edir.

Gunaz.tv

Bunu İran Ticarət Palatasının Nəqliyyat Komissiyasının sədri Rza Rüstəmi deyib.

"Taliban İraqdan Əfqanistana göndərilən yanacağın onların sifariş etdiyi keyfiyyətdə olmadığına görə tankerləri saxlayıb",- deyə o bildirib.

Qeyd edək ki, Taliban İraqdan alınan yanacağın İranda dəyişdirildiyini və keyfiyyətsiz yanacağın Əfqanıstana göndərildiyini bildirib.

Bir müddət əvvəl iranlı sürücülərin ailə üzvləri 100 sürücünün Əfqanıstanda saxlanıldığını və geri qayıda bilmədiklərinini bildiriblər.

"3 aydır ki, 100 nəfər iranlı yanacaq tankeri sürücüsü Əfqanıstanın İslam qala gömrüyündə ilişib qalıb və İran tərəfi onların geri qaytarılması üçün heç bir addım atmır",- ailələrin yaydığı bəyanatda qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar