SON XƏBƏRLƏR

Nəqliyyat naziri: Türkiyə Suriya ilə dəniz razılaşması əldə etməyi hədəfləyir

2024.12.25, 12:41
Nəqliyyat naziri: Türkiyə Suriya ilə dəniz razılaşması əldə etməyi hədəfləyir

Dəniz sərhədlərinin müəyyən edilməsi sazişi beynəlxalq hüquqa uyğun olacaq və iki ölkəyə neft və karbohidrogen kəşfiyyatı üçün səlahiyyətləri müəyyən etməyə imkan verəcək.

Gunaz.tv

Türkiyə Dəməşqdə daimi hökumət qurulduqdan sonra Suriya ilə dəniz sərhədlərinin müəyyən edilməsi sazişi bağlamaq niyyətindədir. Bu barədə Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu bildirib.

Qeyd edək ki, Türkiyə hökuməti 13 illik vətəndaş müharibəsindən sonra bu ay Bəşər Əsədi devirən Suriya müxalifəti və indiki yeni idarəetmə ilə sıx əlqədə saxlayır.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən həftə Ankaranın Suriya ilə ticarət, enerji və müdafiə sahələrində əlaqələri yaxşılaşdıracağını bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar