SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda quraqlıq - Yağıntı azalıb

2024.12.26, 13:19
Şərqi Azərbaycanda quraqlıq - Yağıntı azalıb

Yağıntıların əhəmiyyətli dərəcədə azalması Şərqi Azərbaycan əyalətində quraqlığın artmasına səbəb olacaq.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Meteorologiyasının baş direktoru Həbib Əbdüli xəbərdarlıq edib.

Yeni yağıntı dövründə əyalətə düşən yağış miqdarı 29,1 milimetr olub, ötən yağış dövründə isə bu 40,7 milimetr idi.

"Şərqi Azərbaycan əyalətində uzun müddətli dövrlə müqayisədə yağıntı miqdarı 60,5% azalıb və bu 44,6 milimetr azalmaya bərabərdir",- Əbdüli bildirib.

Qeyd edək ki, ekoloq və mütəxəssislər əlaqədar dövlət qurumlarının yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini deyirlər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə quraqlığın artmasına səbəb olur.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar