SON XƏBƏRLƏR

İran hücum etsə qəti cavab verəcəyik- Halevi

2024.12.26, 16:00
İran hücum etsə qəti cavab verəcəyik- Halevi

İran və ya onun proksi qüvvələrinin hər hansı digər hücumu İsrail tərəfindən qəti cavabla qarşılanacaq və İsrail istənilən vaxt və məkanda Tehrana və ona bağlı qruplara zərbələr endirməyə hazırdır.

Gunaz.tv

Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

Bu bəyanat İsrail rəsmilərinin Tehranın dəstəklədiyi husilərin Tel-Əvivə davam edən hücumlarına cavab olaraq İrana birbaşa zərbələr endirmək çağırışlarının artması fonunda verilib. 

İsrailin baş naziri Benyamin Netanyahu da İsrail parlamentindəki çıxışında İrana xəbərdarlıq edib.

“İsrail çəkindirici gücünü möhkəmləndirir, bu ölkəyə zərər vermək istəyənləri vurur və İslam Respublikasının terror qollarını bir-bir sıradan çıxarır”,- o bildirib.

Netanyahu deyib ki, Tehran hələ də onlara vurduğumuz zərbələrin yaralarını müalicə edir.

Baş nazir son günlərdə husilərin İsrailə raket zərbələri endirməsinə cavab olaraq İsrail ordusuna bu qüvvələrin Yəməndəki strateji hədəflərinə hücum etməyi əmr edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar