SON XƏBƏRLƏR

İran yenidən düşünməlidir - Colani

2024.12.30, 09:29
İran yenidən düşünməlidir - Colani

İran regional müdaxilə siyasətinə yenidən baxmalıdır.

Gunaz.tv

Bu barədə Suriyanın yeni lideri Əhməd əş-Şara “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müxalifət qüvvələri Əsədin devrilməsinə səbəb olan hücum zamanı Suriyada İrana aid əmlakı müdafiə edib.

Əş-Şara bildirib ki, İran Əsədin əsas dəstəkçilərindən biri olmasına baxmayaraq, müxalifət döyüşçüləri belə bir mövqe sərgiləyiblər.

O əlavə edib ki, bu hərəkətlərə cavab olaraq Tehrandan müsbət jestlər gözləyirdi, lakin belə jestlər gəlmədi.

Bununla yanaşı Suriya lideri Rusiyanı dünyanın ikinci ən güclü ölkəsi adlandırıb və əlavə edib ki, Dəməşqin Moskva ilə “strateji maraqları” var.

"Biz Rusiyanın [ikitərəfli] münasibətləri zəiflədəcək şəkildə Suriyanı tərk etməsini istəmirik",- o bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar