SON XƏBƏRLƏR

Enerji çatışmazlığı - Şərqi Azərbaycanda daha bir stansiya bağlandı

2024.12.30, 12:26
Enerji çatışmazlığı - Şərqi Azərbaycanda daha bir stansiya bağlandı

İranda davam edən enerji çatışmazlığı və bundan irəli gələn elektrik stansiyalarının bağlanmasının fonunda daha bir elektrik stansiyanın fəaliyyəti dayandırılıb.

Gunaz.tv

Bu barədə İran Energitika Nazirliyi məlumat yayıb.

Məlumata görə, Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərinin elektrik stansiyası qaz çatışmazlığına görə bağlanıb.

Stansiyasının direktoru Əlirza Tağızadə məlumatı təsdiq edib.

"Sofyan stansiyanın nominal gücü 100 meqavatdır və hər birinin gücü 25 meqavat olan dörd elektrik istehsal vahidindən ibarətdir. Hazırda bu stansiya elektrik şəbəkəsinin tələbatını ödəyə bilmir və fəaliyyəti dayandırılıb. Əslində, bu stansiya yanacaq çatışmazlığı səbəbindən bağlanan ondan çox elektrik stansiyasından biridir",- o bildirib.

Ölkənin müxtəlif mənbələri elektrik enerjisi istehsal edən stansiyaların 80-90 faizinin təbii qazdan asılı olduğunu bildirirlər. Bu rəqəmlər ölkənin elektrik enerjisi istehsalı üçün təbii qaza ciddi şəkildə bağlı olduğunu göstərən əhəmiyyətli bir göstəricidir.

Qeyd edək ki, bir müddət əvvəl də Şərqi Azərbaycanın Heris şəhərində elektrik stansiyası fəaliyyətini dayandırmağa məcbur olub.

Elektrik Stansiyasının bağlanması bölgə əhalisinin elektrik enerjisi təminatında problemlər yaradıb, bir sıra istehsal müəssisələri bu səbəbdən zərər edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar