Bu qərar Qaşqay türklərinin öz geyimlərinin Lurların adına yazılmasına görə başlatdığı etirazlardan sonra qəbul edilib . Bununla da Lerha adlı Türk Qaşqay geyiminin Lurların adına qeydiyyatı ləğv edilib.
İran hökuməti özünün anti-türk siyasətinə uyğun olaraq son illərdə Qaşqay türklərini sıxışdırmaq üçün kütləvi tədbirlərə başlayıb. Onların arasında “qaşqay türklərinin Lerha adlı milli geyiminin Lurlar qeydiyyata alınması, Şirazın Kuh Çenar şəhərində dükanların türkcə adlarının dəyişdirilməsi ilə bağlı əmr, Qaşqay köçəri evlərinin dağıdılması, Qaşqay köçərilərinin öz yurdlarından qovulması kimi hallar var.
Bundan öncə də İranda Qaşqaylara qarşı irqçi yanaşmalar var idi, onların öz milli geyimlərini turistik yerlərdə geyinməsinə qadağa qoyulmuş, futbol komandalarının fəaliyyətinə əngəllər törədilmiş, Qaşqayların təşkil etdiyi konsert proqramları ləğv edilmişdir.
Qaşqay türkləri İranın güneyində ən böyük etnik qruplardan biridir və sayı 3 milyona yaxındır. Onlar Kuhgiluye Boir Əhməd, Çaharmahal və Bəxtiyari, İsfahan, Fars və Buşehr vilayətlərinin bir hissəsini özündə birləşdirən bölgələrdə yaşayırlar və buralar Qaşqayyurd adı ilə tanınır.