SON XƏBƏRLƏR

İsrail rəsmisi xəbərdarlıq etdi - İranda istənilən hədəfi vura bilərik

2024.12.31, 12:13
İsrail rəsmisi xəbərdarlıq etdi - İranda istənilən hədəfi vura bilərik

Biz bütün ssenarilərə hazırıq. İran liderlərinə deyirəm ki, biz öz gücümüzü göstərmişik və Yaxın Şərqdə istənilən nöqtəni, o cümlədən, İranın daxilində istənilən hədəfi vurmaq imkanımız var.

Gunaz.tv

Bu sözləri İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Denni Danon deyib.

İranın dəstəklədiyi Yəmən husilərinin İsrailə raket hücumlarına toxunan səfir, İranın cavebdehlik daşımalı olduğunu söyləyib.

"Elə bil son bir ildə baş verənləri unudmusunuz. Hizbullah, HƏMAS və İsraili məhv etmək istəyənlərin başına gələnlər sizin də başınıza gələ bilər",- səfir xəbərdarlıq edib.

Danon, ölkəsinin İranın proksi qüvvələrinin İsrailə qarşı hücumlarını cavabsız qoymayacağını deyib və Təl-Aviv üçün təhlükə törədən istənilən hədəfi vuracaqlarını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar