SON XƏBƏRLƏR

Zəncanlı müəllimlər etiraz aksiyası keçirdi

2024.12.31, 13:09
Zəncanlı müəllimlər etiraz aksiyası keçirdi

Dekabrın 30-da Zəncan şəhərinin bir qrup müəllim və təhsil işçisi etiraz aksiyası keçirib.

Gunaz.tv

Bu barədə onlar sosial media şəbəkəsində etdikləri paylaşımlarda məlumat yayıblar.

Zəncan əyalətinin valiliyi qarşısına toplaşan narazı müəllimlər əmək haqlarının ödənilməməsinə etiraz ediblər.

Bununla yanaşı onlar ötən ildən qalan hüquqlarının bu günə kimi ödənilməməsini bildiriblər.

Əllərində "Bütün gücümüzü sinif otaqlarında işlətdik və əvəzində siz bizi aldatdınız, utanın!" sözləri yazlmışplakatlar qaldıran müəllimlər, hakimiyyət tərəfindən aldadıldıqlarını söyləyiblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar