SON XƏBƏRLƏR

İlam əyalətində uşaqlara türk adlarının verlməsi halları artıb

2025.01.02, 10:46
İlam əyalətində uşaqlara türk adlarının verlməsi halları artıb

Son illər Güney Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, İranın bir neçə əyalətində, o cümlədən İlamda da uşaqlara türk adlarının verilməsi halları artıb.

Gunaz.tv

Bu barədə İlam əyalətinin Qeydiyyat İdarəsinin başçısı Ayət Mehdiyan açıqlama verib.

O, son 9 ay ərzində İlam əyalətində uşaqlara seçilən 2561 ad içində türkcə Ayhan adı birinci yeri tutub.

Mehdiyan bundan narahatlığını bildirib və uşaqlara xarici və türk adlarının qoyulmasını xarici mədəniyyətin təbliğatının nəticəsi adlandırıb.

"İlam əyalətinin Vətəndaşlıq Qeydiyyatı İdarəsi müraciət edənlərə məsləhət verərək İran və islam mədəniyyətinə uyğun adlar təklif etməklə əcnəbi adların artmasının qarşısını almağa çalışır. Ancaq bu, hərtərəfli mövzudur, ictimaiyyətin və digər icra strukturlarının, o cümlədən medianın əməkdaşlığı lazımdır",- Qeydiyyat İdarəsinin başçısı deyib.

Qeyd edək ki, bundan əvvəl Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin Qeydiyyat İdarələri də oxşar məlumat yayıblar.

Onların bildirdiyinə görə, adı çəilən əyalətlərdə də türkcə Ayhan adı oğlan uşaqlarına verilən adlar arasında birinci yerdə qərarlaşıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar