SON XƏBƏRLƏR

Rejim yanlısı şəxs sünni bəlucları təhqir edib

2025.01.04, 10:35
Rejim yanlısı şəxs sünni bəlucları təhqir edib

Rejim yanlısı şəxs sünni bəlucları, onların məscidi olan Məkki Məscidini və dini liderləri Mövlana Əbdülhəmidi təhqir edib.

Gunaz.tv

O, öz çıxışında Məkki Məscidini İslam dini yeni ortaya çıxanda müsəlmanlar arasında parçalanma yaratmaq üçün tikilmiş Zərar məscidinə bənzədib və Məkki Məscidində namaz qılmağı zinaya bərabər tutub.

Əlavə olaraq bu şəxs Mövlana Əbdülhəmidin çörəyini haram adlandıraraq təhqir edib.

Dövlət rəsmiləri bu tipli şəxslərə qarşı ölçü götürüləcəyini desələr də bu vaxta qədər heç bir əməli addım atılmayıb.

İranda cümə imamları və məddahların bir başa Xameneinin ofisinə bağlı olması heç kəsə sirr deyil.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar