SON XƏBƏRLƏR

Hələbdə Suriya müharibəsində şübhəli bilinən şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat keçirilib

2025.01.04, 12:15
Hələbdə Suriya müharibəsində şübhəli bilinən şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat keçirilib

Son günlər Suriyanın mərkəzində yerləşən Homs vilayətində müharibədə şübhəli bilinən şəxslərin və keçmiş Bəşər Əsəd rejiminin fərari ünsürlərinin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb

Gunaz.tv

Məlumatlara görə, “Həyat Təhrir əl-Şam” və Hərbi Əməliyyatlar Müdirliyi Bəşər Əsədə sadiq döyüşçülərin, eləcə də gizli silahların axtarışı üçün silahlı qüvvələrini Homsa yerləşdirib.

“Al Arabiya”nın məlumatına görə, bu əməliyyatda 150-yə yaxın şəxs həbs olunub.

Eyni zamanda, İctimai Təhlükəsizlik İdarəsi də Hələb şəhərində geniş təhlükəsizlik əməliyyatlarına başlayıb. Bu əməliyyat Əsəd rejiminin qaçaq qüvvələrini təqib etmək məqsədi ilə həyata keçirilib və cinayət əməllərində ittiham olunan bir sıra şəxslərhəbs edilib.

"Suriya İnsan Haqları Müşahidə Qrupunun" məlumatına görə, Homsda keçirilən bu əməliyyat zamanı 2012-ci ildə "Kərəm əl-Zeytun"un qətliamına görə məsuliyyət daşıdığı bilinən bir neçə nəfər həbs edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar