SON XƏBƏRLƏR

SOCAR Suriyanın enerji təchizatında rol oynamağa hazırdır

2025.01.06, 14:59
SOCAR Suriyanın enerji təchizatında rol oynamağa hazırdır

SOCAR dövlət səviyyəsində qərar qəbul ediləcəyi təqdirdə Suriyanın enerji təchizatında rol oynamağa hazırdır.

Gunaz.tv

GünazTV Modern.az-a istinadla xəbər verir ki, bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.  

E.İbadov bildirib ki, tikinti və bərpa işləri, eləcə də bütün sektorların dirçəlməsi üçün enerji resursları tələb olunacaq.

"Əgər hökumət siyasi nöqteyi-nəzərdən qərar qəbul edərsə, Azərbaycan və Türkiyənin maraqlarına uyğun olaraq “SOCAR Türkiye Enerji”yə belə bir rol həvalə edilərsə, biz onu məmnuniyyətlə yerinə yetirəcəyik. Suriyada və regionda sülh və sabitliyin bərqərar olması bizi sevindirir. Bu, iqtisadi inkişafa və elektrik enerjisinə tələbatın artmasına səbəb olacaq" - deyə, E.İbadov vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar