SON XƏBƏRLƏR

Tehran səmasında Ukrayna təyyarəsini vurmasının ildönümüdür

2025.01.08, 11:49
Tehran səmasında Ukrayna təyyarəsini vurmasının ildönümüdür

Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsin SEPAH tərəfindən Tehran səmasında vurulmasının ildönümüdür.

Gunaz.tv

Təyyarə 2020-ci il yanvarın 8-də vurulub.

176 sərnişini olan təyyarə, havaya qalxdıqdan qısa müddət sonra Tehran səmasında iki raketl vurulub və bütün sərnişinlər həlak olub.

Təyyarənin vurulmasından sonra Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışıb.

Ancaq beynəlxalq təzyiqlər nəticəsində Tehran, hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Təyyarə qurbanlarının bir neçəsi Kanadada yaşayan iranlı olsa da, əksəriyyəti Kanada və Ukrayna vətəndaşları olub. Belə ki, qurbanlarının 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır. 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar