SON XƏBƏRLƏR

İran rəsmisi Azərbaycana gəldi

2025.01.08, 12:46
İran rəsmisi Azərbaycana gəldi

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.

Bildirilib ki, Əhmədiyan, həmkarları ilə görüşdükdən sonra Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, İrəvanda isə Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək və danışacaq.

Ali Milli Təhlükəsizlik Şurasının katibinin Azərbaycandan sonra Ermənstana səfər edəcəyiqeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar