SON XƏBƏRLƏR

İsrail İrana üçüncü hücumu müzakirə etdi

2025.01.10, 10:36
İsrail İrana üçüncü hücumu müzakirə etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ötən gecə müşavirləri və təhlükəsizlik kabinetinin nazirləri ilə görüş keçirərək, ölkə ordusunun İrana üçüncü hücum ehtimalına hazırlıq səviyyəsini müzakirə edib.

Gunaz.tv

Bu barədə İsrailin “Kanal 12” televizyası məlumat yayıb.

Məlumata görə, iclasda Donald Tramp administrasiyasının işə başlayandan sonra Vaşinqtonun İrana qarşı yeni və qəti siyasəti də müzakirə mövzularından biri olub.

Bu iclas İran hökumətinin yaxın gələcəkdə İsrailin onun strateji obyektlərinə birbaşa hücumundan narahat olduğu bir şəraitdə keçirilib.

Bununla eyni vaxtda Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols da İrana maksimum təzyiq göstəriləcəyi barədə danışıb.

"Amerika həddən artıq müdafiə xarakterli davranıb, Çin və İran ilə qarşı-qarşıya gəlmək üçün hücum imkanlarından istifadə etməliyik. Əgər onlar bizim effektiv cavab verdiyimizi görsələr, bu, onların hərəkətlərini azalda bilər",- Uols bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar