SON XƏBƏRLƏR

PKK/YPG İrandan Suriyaya terrorçu daşıyır 

2025.01.14, 11:41
PKK/YPG İrandan Suriyaya terrorçu daşıyır 

Anadolu Agentliyinin Hasəkə və Qamışlıdakı yerli mənbələrdən əldə etdiyi məlumata görə, terror təşkilatı İran və İraqda cəlb etdiyi 1300 kişi və qadın tərəfdarlarını yanvarın 3-dən etibarən Suriyaya gətirib.

Gunaz.tv

Təşkilat terrorçuları Türkiyənin mümkün hərbi əməliyyatına qarşı Aynularabda işğalı gücləndirmək üçün Suriya ərazisinə gətirdiyi ehtimal edilir. PKK/YPG İran və İraqdan gətirdiyi tərəfdarlarını Həsəkə əyalətinin mərkəzi və Qamışlı rayonunda toplayır.

Terrorçular sözügedən yerlərdə toplaşan tərəfdarlarını Rakka və Deyr əz-Zordakı düşərgələrinə aparır və burada onlara silahlı təlim verilir.

Suriya ərazisinin üçdə birini işğal altında saxlamaqda davam edən PKK/YPG, terror ünsürlərinin Şimali İraqdan Suriyanın şimal-şərqinə logistika xəttindən keçməsini təmin edir.

 

PKK/YPG's State Dream in Syria, Genel Can Acun, Kutluhan Görücü | SETA

 


Türkiyə Xarici İşlər naziri Hakan Fidan açıqlaması zamanı bildirib ki, "PKK/YPG verdiyimiz ultimatum göz qabağındadır. Bunu amerikalılar və mətbuat vasitəsi ilə verdik. Türkiyə, İran, İraqdan  Suriyaya gələn beynəlxalq terrorçu döyüşçülər nəyin bahasına olursa olsun getməlidirlər”. 

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass da Türkiyənin təhlükəsizlik qayğılarını anladıqlarını və Suriyadakı xarici terrorçuların ölkəni tərk etməli olduqlarını bildirib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar