SON XƏBƏRLƏR

İran bəhailəri ilə bağlı dünya dövlətlərinə müraciət edildi

2025.01.17, 10:53
İran bəhailəri ilə bağlı dünya dövlətlərinə müraciət edildi

Beynəlxalq Bəhai İcması, Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətləri BMT-nin İnsan Haqları Şurasında İran bəhailərinin hüquqlarının pozulmasını araşdırmağa və bu dini azlığın hüquqlarının sistematik və geniş şəkildə pozulmasına görə İranı məsuliyyətə cəlb etməyə çağırıb. 

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcmasının yaydığı bəyanatda deyilib.

“Biz Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdən insan haqları ilə bağlı öhdəliklərini ciddi qəbul etmələrini və bu proses zamanı İran İslam Respublikasının İran bəhailərinə qarşı davranışını pisləmələrini istəyirik. Bu, dini ayrı-seçkiliyə qarşı mübarizə aparmaq, bəhailərin hüquqlarını dəstəkləmək və dünyanın bir icmanın inanclarına görə sistematik təzyiqləri qarşısında səssiz qalmayacağını göstərmək üçün həlledici məqamdır”,- icmanın  BMT-dəki nümayəndəsi Simin Fəhəndej bildirib.

Beynəlxalq Bəhai İcması dünya dövlətlərini dövri icmal iclasında İrandan bəhailərə qarşı təhsil və məşğulluq sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına riayət etməyi, dini etiqad azadlığına hörmət etməyi tələb etməyə çağırıb.

"İran hökuməti bundan əvvəl 2019-cu ildəki tövsiyələri qəbul etsə də, o gündən bu yana müsbətə doğru heç bir addım atmayıb, əksinə həmin dövr ərzində ölkədə yaşayan bəhailərə qarşı təzyiqləri daha da artırıb",- Beynəlxalq Bəhai İcması əlavə edib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitutsiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar