SON XƏBƏRLƏR

Əhmədrza Calali ilə bağlı kampaniya başladılıb

2025.01.17, 14:13
Əhmədrza Calali ilə bağlı kampaniya başladılıb

Tehranın Evin həbsxanasında saxlanılan və barəsində edam hökmü çıxarılan əslən güney azərbaycanl alim Əhmədrza Calali ilə bağlı kampaniya başladılıb.

Gunaz.tv

Kampaniya insan haqları təşkilatları tərəfindən başladılıb.

"Əhmədrza Calalinin məsələsi, bütün ölkələrin İslam Respublikası ilə qarşılıqlı əlaqələrində əsas prioritet kimi təqdim edilməlidir ki, onun azadlığı təmin olunsun. Calalinin uzunmüddətli həbsdə olması və onun tezliklə edam olunacağı təhlükəsi yalnız bir şəxsə qarşı haqsızlıq deyil, həm də bütün dünya üzrə alimlər və mütəxəssislər üçün ciddi xəbərdarlıqdır”,- ",- kampanın yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Calali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar