SON XƏBƏRLƏR

İranda öldürülən hakimlərin kimliyi açıqlandı

2025.01.18, 13:33
İranda öldürülən hakimlərin kimliyi açıqlandı

Bu gün Tehranın Ərk meydanında İran Ali Məhkəməsində güllələnən hakimlərin kimliyi açıqlanıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, silahlı hücum nəticəsində Ali Məhkəmənin 39 saylı şöbəsinin müdiri Əli Razini və Ali Məhkəmənin 53 saylı şöbəsinin müdiri Məhəmməd Müqəyseə yerindəcə həlak olub, Miri soyadlı hakim və onun mühafizəçisi isə ağır yaralanıb.

İran Məhkəməsinə yaxın media qurumları hadisənin əvvəlcədən planlaşdırılmış terror olduğunu yazıb.

"Hazırda terror aktını törətməkdə əli olan başqa şəxslərin müəyyən edilərək tutulması istiqamətində araşdırmalara başlanılıb",- İran Ədliyyə Sisteminin ictimaiyyətlə əlaqələr bölməsinin məlumatında bildirilib.

Qeyd edək ki, güllələnən hər üç hakim "teroror", "casusluq" və "ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət" ittihamlarına görə saxlanılan məhkumları mühakimə ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar