SON XƏBƏRLƏR

İran yeni hərbi təlimlərə başladı

2025.01.20, 10:00
İran yeni hərbi təlimlərə başladı

İran ordusu yanvarın 19-u axşam saatlarından hərbi təlimlərə başlayıb.

Gunaz.tv

Bu barədə İran ordusunun bəyanatında ibildirilib.

Bəyanata görə, təlimlər qarşıdakı iki gün ərzində davam edəcək:

"Ordunun quru qüvvələrinin hücum və təhlükəsizlik təlimləri döyüş qabiliyyətini artırmaq, yeni silah və texnikanın gücünü nümayiş etdirmək üçün keçiriləcək".

Təlimdə artilleriya, zirehli qüvvələr, hava-desant qoşunları, pilotsuz uçuş aparatları, elektron döyüş vasitələri, ordunun quru qüvvələrinin 840-cı Raket qrupunun bölmələri və Rəzəvi Xorasan əyalətinin Törbat-e-Cam bölgəsində digər logistika bölmələri iştirak edəcək.

Qeyd edək ki, İran ordusu və SEPAH-ın son bir ayda hərbi təlimlər keçirməsi, Donald Trampın yenidən hakimiyyətə qayıtmasıdan sonra İrana ehtimal olunan hücum təhlükəsi ilə bağlıdır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar