SON XƏBƏRLƏR

İranda hava çirkliliyindən ölənlərin yeni statistikası açıqlandı

2025.01.21, 10:06
İranda hava çirkliliyindən ölənlərin yeni statistikası açıqlandı

2024-cü ildə İranda hava çirkliliyi səbəbindən 50 min nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə İran səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi deyib.

Onun sözlərinə görə, son 1 il ərzində ölkənin xüsusən böyük şəhərlərinin havası 247 gün çirkli olub.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin Kənd Təsərrüfatı Komisiyasının Ətraf Mühit Komitəsinin sədri Süməyyə Rəfiyi 2023-cü ildə ölkədə hava çirkliliyi səbəbindən 30 min nəfərin öldüyünü bildirmişdi.

O, on minlərlə insanın ölməsinə səbəb olan hava çirkliliyinin artmasına baxmayaraq, ölkə məsullarının bununla bağlı tədbir görməmələrini tənqid edib.

"Ölüm sayının artması ölkədə təmiz hava qanununun natamam icra olunduğunu göstərir",- Rəfiyihakimiyyəti məsələ ilə bağlı qanunu icra etməməkdə ittiham edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar