Bu barədə Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, Himmətinin dünənki çıxışından sonra bu gün səhər saatlarında azad bazarda hər 1 dollar 82 min 700 tümənə satılıb.
"Trampın ilk Prezidentlik dövrünü təcrübə etmişik, onun yenidən hakimiyyətə qayıtması ilə İran xalqına təzyiq artsa da, bu “ləyaqət məsələsidir” və İslam Respublikası Trampın gəlişindən nigəran deyil",- Əbdülnasir Himməti dünənki çıxışında bildirib.
O, İranın Donald Tramp dövrü üçün müxtəlif planları olduğunu, bununla bağlı çox saylıtoplantılar keçirildiyini söyləyib və ABŞ Prezidentinin "ağıllı siyasət yürüüdəcəyinə ümid etdiyini" bildirib.
GünazTV