SON XƏBƏRLƏR

Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşlara başlayıb

2025.01.23, 11:46
Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşlara başlayıb

Türk Hava Yolları 1 aprel 2012-ci ildə ölkədəki daxili iğtişaşlar səbəbindən dayandırdığı Suriyaya uçuşları bu gün İstanbul-Dəməşq reysi ilə bərpa edib.

Gunaz.tv

Səhər saatlarında İstanbul Hava Limanına gələn sərnişinlərdən bəziləri minmə qapısı qarşısında sevinc nümayiş etdirib.

Bir çox suriyalı illərlə tərk etmək məcburiyyətində qaldıqdan sonra ölkələrinə qayıtmağın sevincini yaşadı. Bəzi sərnişinlərin Suriya inqilabı bayrağı daşıdığı görülüb.

 

THY, 13 yıl sonra Suriye uçuşlarına başladı

 

13 ildən sonra Suriyaya ilk uçuş zamanı təyyarədə ümumilikdə 349 sərnişin olub. “TK 846” uçuş kodlu təyyarə Dəməşq Beynəlxalq Hava Limanına getmək üçün havalanıb.

Sərnişinlərdən Fatma Zəhra mətbuat mənsublarına açıqlamasında Türkiyəyə 2 yaşında gəldiyini və ailəsi ilə birlikdə vətənə qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirib.
Hazırda 14 yaşında olduğunu bildirən Zehra, "Ölkəmi heç görməmişəm. İlk dəfə görəcəyim üçün çox həyəcanlıyam. Dəməşqdən Hələbə gedəcəyik. Nənəmi orada görəcəyəm." dedi.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar