SON XƏBƏRLƏR

ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırıq- Fuad Hüseyn

2025.01.23, 20:49
ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırıq- Fuad Hüseyn

Lazım gələrsə, İraq ABŞ və İran arasında təmaslarda vasitəçi kimi çıxış etməyə hazırdır.

Gunaz.tv

Bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Ölkəsinin həm Vaşington və həm də Tehranla yaxşı əlaqələri olduğuna diqqət çəkən XİN başçısı vasitəçi kimi çıxış etmə imkanlarının olduğunu söyləyib.

"Bağdadın, bütün regionun və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğun olacaq”, - Hüseyn deyib.

Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası artıq bu barədə İraq hakimiyyətinə müraciət edib və Bağdad İranla Amerika arasında son görüşü təşkil edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar