SON XƏBƏRLƏR

İranın nüvə silahına malik olması... - Tramp

2025.01.24, 10:33
İranın nüvə silahına malik olması... - Tramp

İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.

Gunaz.tv

Bunu Amerika Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi ilk müsahibəsində deyib.

"Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək", - Amerika lideri bildirib.

Bundan əvvəl isə İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində Tehranın nüvə silahı yaratmaq niyyətində olmadığını iddia edib.

Beynəlxalq Nüvə Enerjis Agentliyinin başçısı Rafel Qrossi isə deyib ki, heç bir ölkə mülki məqsədlər üçün İran kimi yüksək miqdarda? yəni  60% konsentrasiyalı uran zənginləşdirmir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar