SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranda edama məhkum edilən 6 məhkuma görə xəbərdarlıq etdi

2025.01.25, 14:33
Beynəlxalq Əfv Təşkilatı İranda edama məhkum edilən 6 məhkuma görə xəbərdarlıq etdi

​​​​​​​Beynəlxalq Əfv Təşkilatı Tehranın Evin həbsxanasında saxlanılan və edama məhkum edilən 6 məhbsula bağlı xəbərdarlıq bəyanatı yayıb.

Gunaz.tv

Bəyanatda "müharibə"də ittiham olunan məhbusların hər an edam edilə biləcəyi bildirilib və İran hökumətindən onların barəsində çıxarılan ölüm hökmünü ləğv etməyi istəyib.

Beynəlxalq təşkilat məhkumların mühakimə zamanı vəkillə təmin olunmadıqlarını, Evin həbsxanasının 209 saylı təhlükəsizlik bölməsində işgəncə edildiklərini və barələrində ədalətsiz qərar çıxarıldığını bildirib.

Beynəlxalq Əfv Təşkilatı İran məhkəməsindən məhbusların işinə yenidən baxılmasını, onların ailə və vəkilləri ilə görüşlərinə icazə verilməsini tələb edib.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar