SON XƏBƏRLƏR

İranda manatın dəyəri yenə artdı

2025.01.28, 14:49
İranda manatın dəyəri yenə artdı

İranın milli valyutasının məzənnəsi Amerika dollarına nisbətdə bu gün yenidən ucuzlaşaraq, yeni tarixi minimuma imza atıb və hər 1 Amerika dolları 84 min 650 tümənə satılıb.

Gunaz.tv

Bu barədə Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.

Bununla yanaşı yevronun da qiyməti artaraq 88 min 120 tümənə, Azərbaycan manatının qiyməti isə 49 min 710 tümənə çatıb.

Bununla eyni vaxtda isə Amerika prezidenti Donald Tramp İrana növbəti dəfə maksimum təzyiq tətbiq edəcəyini və İranın neft satışlarını demək olar ki, sıfıra endirəcəyini bildirib.

İqtisadçılar buna görə də, İran pulunun dollar qarşısında ucuzlaşma prosesinin davam edəcəyini proqnozlaşdırırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar