SON XƏBƏRLƏR

İran terror qruplaşmalarına dəstəyini davam etdirəcək

2025.01.31, 09:36
İran terror qruplaşmalarına dəstəyini davam etdirəcək

İranın Carici İşlər Nazirliyi, bu ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə HƏMAS hərəkatının nümayəndələri arasında Qətərdə keçirilən görüşün yekunlarına dair bəyanat yayıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat verib.

Bəyanatda İran tərəfi "Müqavimət Cəbhəsi" adlandırdığı proksi qüvvələri və terror qruplaşmalarına dəstək verəcəyini bildirib.

"İran, Fələstin İsrail işğalından tamamilə azad olunana və Fələstin dövləti qurulana qədər müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcək",- XİN-nin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, "İran Fələstin xalqının hüquqları, öz müqəddəratını təyinetmə hüququ və Fələstinin işğaldan azad edilməsinə qədər müqaviməti dəstəkləməyə davam etmək kimi prinsipial siyasətinə sadiq olacaq".

İranın iddiasının əksinə olaraq, bir müddət əvvəl Fələstin dövlətinin başçısı Mahmud Abbas, və FƏTH hərəkatı Tehranın Fələstin məsələsinə müdaxiləsinə qarşı çıxıb.

"İrandan tələb edirik ki, öz mənafeinə görə bizə xəsarət yetirmək və zərbə vurmaqdan əl çəksin",- Mahmud Abbas sosial media hesabında yazıb.

FƏTH hərəkatı da, oxşar bəyanat yayaraq Tehran rejiminin fələstinlilərin məsələsindən su-istifadə etdiyini, HƏMAS vasitəsilə bölgədə gərginlik yaratdığını vurğulayıb.

"HƏMAS İslam Respublikasının xeyrinə özünü girov qoymaqla fələstinlilərin maraqlarını və resurslarını təhlükəyə atıb, Qəzza zolağının dağıdılmasına səbəb olub",- hərəkatın yaydığı bəyanatda bildirib.

HƏMAS-ın 7 oktyabr hücumuna toxunan FƏTH hərəkatı, Qəzza zolağındakı mövcud fəlakətli şəraitə görə bu təşkilatın (HƏMAS) cavabdeh olduğunu bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar