SON XƏBƏRLƏR

İranda eşşək əti satışı artıb

2025.01.31, 13:26
İranda eşşək əti satışı artıb

İranda inflyasiyanın artması, qida məhsullarının və ət növlərinin bahalaşması səbəbindən at və eşşək əti satışı yayılıb.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Məlumata görə, bu, qanunsuz olsa da, əlaqədar hökumət idarələri məsələnin ifşa edilməsində maraqlı deyil.

Bu barədə xəbərlərin və videoların yayılmasından sonra Tehran əyalətinin İslaməhr şəhərinin Baytarlıq İdarəsi məlumatı təsdiq edib.

İdarənin başçısı Məhəmməd Xudami şəhərdə at və eşşək kəsimi yerinin aşkarlandığını bildirib.

Yerli sosial media fəalları, belə qanunsuz kəsim məntəqələrinin yüzlərlə olduğunu iddia edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar