SON XƏBƏRLƏR

KİV: Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsi martın 1-də açılacaq

2025.02.11, 11:32
KİV: Ermənistan-Türkiyə sərhədindəki keçid məntəqəsi martın 1-də açılacaq

Ermənistanla Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi martın 1-də açılacaq.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə “News.am”-a diplomatik mənbə məlumat verib.

Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.

Qeyd edək ki, sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasının mümkünlüyü ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilmişdi.

Xatırladaq ki, 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava yükdaşımalarının həyata keçirilməsi və bunun üçün zəruri olan proseslərin başlanması barədə razılıq əldə olunub.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar