SON XƏBƏRLƏR

SEPAH yenə "qırmızı xətt"dən danışdı - Danışıq olmayacaq

2025.02.13, 13:36
SEPAH yenə "qırmızı xətt"dən danışdı - Danışıq olmayacaq

Donald Tramp hiləgərlik edir və onun məqsədi İranın nüvə və raket proqramının tamamilə yığışdırılmasıdır.

Gunaz.tv

Bunu SEPAH-ın Kəşfiyyat və Təhlükəsizlik bölməsinin komandiri Məcid Xadimi deyib.

"Amerikalılarla müzakirə bizim qırmızı xəttimizdir və əgər Amerika İslam Respublikasının maraqlarını təhlükəyə atsa, İslam Respublikası da ABŞ-ın bütün dünyada milli maraqlarını təhlükə altına atacaq",- o təhdid edib.

Qeyd edək ki, Əli Xamənei bir neçə gün əvvəl bildirib ki, Amerika ilə danışıqlar aparmağın mənası yoxdur və əgər Amerika İranı təhdid etsə, İran da onu təhdid edəcək.

Bu bəyanatdan sonra Tehran rəsmiləri və SEPAH komandirləri bir-birinin ardınca oxşar bəyanatlar verirlər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar