SON XƏBƏRLƏR

Tehranda etiraz aksiyası keçirilib- Saxlanılanlar var

2025.02.13, 14:09
Tehranda etiraz aksiyası keçirilib- Saxlanılanlar var

Ev dustağı olan keçmiş baş nazir və 2009-cu ildə keçirilən prezident seçkilərinin namizədi Mir Hüseyn Musəvinin azadlığı tələbi ilə Tehran Universiteti və İnqilab küçəsində ətrafında etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə sosial media şəbəkəsi və bəzi İran media orqanlarında məluamt yayılıb.

Məlumatagörə, aksiyaya gələn onlarla şəxs, o cümlədən tələbələr həbs edilərək naməlum yerə aparılıb.

Həbs edilənlər arasında Ruhllah Xomeyninin keçmiş varisi, məşhur din xadimi Ayətullah Hüseynəli Müntəzirinin övladları Səidə və Səid Müntəziri də var.

Yerli şahidlərin dediyinə görə, aksiya yerinə 100-dən çox polis maşını və yüzlərlə polis və müılki geyimli məmur cəlb olunub.

Bununla yanaşı Mir Hüseyn Musəvinin müşaviri Ərdəşir Ərcümənd aksiyaya çağırış edən Rəhim Qomeyşi, Nasir Daneşfər və Əkbər Sərarudinin saxlanıldığını bildirib.

Onun sözlərinə görə, "Yaşıl hərəkat" rəhbərlərinin azadlığı tələbi ilə aksiyanın keçirilməsi barədəki çağırışa 500 ziyalı, siyasətçi, İran-İraq müharibəsində ailə üzvlərini itirən şəxslər qol çəkib və dəstəkləyib.

Qeyd edək ki, Mir Hüseyn Musəvi 2009-cu ildə keçirilən prezident seçkilərində qalib gəlsə də, Əli Xaməneinin iradəsi ilə Mahmud Əhmədinejad prezident təyin olunub.

Təbrizli siyasətçi, nəticələrin saxtalaşdırılmasına və Əli Xaməneinin Mahmud Əhmədinejadı prezident elan etməsinə qarşı nümayişə çağırıb.

Yüz minlərlə vətəndaşın iştirak etdiyi izdihamlı etiraz mitinqlərindən sonra Mir Hüseyn Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və başqa namizəd, İran parlamentinin keçmiş sədri Mehdi Kərrubi ev həbsinə məhkum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar