SON XƏBƏRLƏR

Rusiya və ABŞ arasında məhbus mübadiləsi baş tutub

2025.02.14, 11:46
Rusiya və ABŞ arasında məhbus mübadiləsi baş tutub

xəbər verdiyimiz kimi, Rusiyada narkotik qaçaqmalçılığına görə həbsdə olan ABŞ vətəndaşı Mark Fogel iki ölkə arasında razılaşmaların əldə edilməsi nəticəsində azad edilib.

Gunaz.tv

Bunun qarşılığında ABŞ həbsxanasından azad edilən rusiyalı Aleksandr Vinnik hazırda Türkiyə vasitəsilə Rusiyaya qayıdıb. Bu barədə onun vəkili Arkadi Bux TASS-a məlumat verib.

"Biz cənab Vinnikin harada olması ilə bağlı yenilənmiş məlumat aldıq. Bildirilib ki, o, təyyarə ilə Türkiyəyə çatıb və daha sonra başqa bir reyslə Rusiyaya uçub", – deyə o bildirib.

Bux əlavə edib ki, Vinnikin adı saxlandığı cəzaçəkmə müəssisəsinin bazasından silinib. 

 

"Bu, adətən məhbusun ABŞ federal marşallarına təhvil verildiyini göstərir. Bu halda biz bilirik ki, proses beynəlxalq təhvilverməni əhatə edib. Federal yurisdiksiyaya aid şəxslərin – həm ABŞ daxilində, həm də beynəlxalq ekstradisiya və deportasiya zamanı – köçürülməsi ciddi təhlükəsizlik tədbirləri və məxfilik çərçivəsində həyata keçirilir. Bütün marşrutlar, uçuş planları və təyinat nöqtələri tam məxfi saxlanılır. Bu, həm məhbusların, həm də onları müşayiət edən hüquq-mühafizə orqanlarının təhlükəsizliyini təmin etmək məqsədilə edilir", – deyə vəkil vurğulayıb.

Vinnikin fransalı vəkili Frederik Belot daha əvvəl TASS-a açıqlamasında ABŞ Dövlət Departamentinin onun azadlığa buraxılmasını təsdiqlədiyini bildirmişdi. 

Xatırladaq ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-ın tələbi ilə Yunanıstanda saxlanılmışdı. O, artıq fəaliyyəti dayandırılmış BTC-e kriptovalyuta birjası vasitəsilə 4-9 milyard dollar məbləğində vəsaiti yumaqda ittiham olunur. 2022-ci il avqustun 4-də isə ABŞ-a ekstradisiya edilmişdi. 

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar