SON XƏBƏRLƏR

Yəmən İranın göndərdiyi silahları ələ keçirdi

2025.02.18, 10:03
Yəmən İranın göndərdiyi silahları ələ keçirdi

Yəmənin tanınmış hökumətinin sahil mühafizəsi İrandan husi üsyançılarına göndərilən silah partiyasını ələ keçirib.

Gunaz.tv

Bu barədə Amerika Mərkəzi Komandanlığı, (CENTKOM) məlumat yayıb.

CENTCOM, X sosial şəbəkəsində 2 bu hərəkətinə görə Yəmən Sahil Mühafizəsini təbrik edərək, yükün qabaqcıl silah hissələri, pilotsuz təyyarələr və rabitə cihazlarından ibarət olduğunu və İrandan husilərə göndərildiyini yazıb.

Bu ayın əvvəllərində də İrana bağlı qanunsuz husi siahlı qruplaşmasına qaçaqmalçılıq yolu ilə silah daşıyan iki iranlı dənizçi qeyri-qanuni yollarla Yəmən ərazisinə daxil olmaq istəyərkən həbs edilib.

Məlumata görə, hər iki müttəhim Cibuti vasitəsilə əl-Moxa sahillərinə qadağan olunmuş və qeyri-qanuni maddələr daşıdıqlarını etiraf edib. 

Yəmən hakimiyyətinin bildirdiyinə görə, bu qaçaqmalçılıq hərəkəti, husilərin rəhbərliyi altında, İranın dəstəyi və maliyyəsi ilə həyata keçirilən genişmiqyaslı qaçaqmalçılıq əməliyyatının bir hissəsidir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar