SON XƏBƏRLƏR

İran casusları Avstraliya üçün təhlükəsizlik təhdididir - Mikael Burgess

2025.02.20, 10:49
İran casusları Avstraliya üçün təhlükəsizlik təhdididir - Mikael Burgess

Xarici casuslar, o cümlədən İslam Respublikasının agentləri ölkənin nüvə sualtı qayıq proqramını hədəfə alıb və Avstraliyada yaşayan müxaliflərə zərər vermək və ya onları öldürmək üçün sui-qəsd təşkil ediblər.

Gunaz.tv

Bu sözləri Avstraliya Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin rəhbəri Mikael Burgess deyib.

Avstraliya İslam Respublikası da daxil olmaqla, düşmən ölkələrin düşmən hərəkətlərindən amanda deyil və Avstraliya Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı Avstraliya torpaqlarında insanlara fiziki zərər vurmaq üçün ən azı üç sui-qəsd hadisəsini müəyyən edərək qarşısını alıb",0 o əlavə edib.

M.Burgess həmçinin xarici hökumətlərin avstraliyalı mühacirlərə təzyiq göstərmə səylərini açıqlayıb və bildirib ki, bəzi ölkələr, o cümlədən İran mühacir müxaliflərin ailələrini təhdid və mal varlıqlarını müsadirə etməklə rejim əleyhdarlarını geri qayıtmağa məcbur etməyə çalışırlar.

O, bu təhlükəsizlik təhdidlərinin artdığını və Avstraliyada terror təhlükəsi səviyyəsinin “mümkün” statusunda qalacağını vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar