SON XƏBƏRLƏR

İranda 14 bəhainin evində axtarış aparıldı

2025.02.20, 12:26
İranda 14 bəhainin evində axtarış aparıldı

Fevralın 19-da İran təhlükəsizlik məmurları Qəzvin və Kərəc şəhərlərində islam dininin bəhai təriqətinə mənsub olan 14 nəfərin evində axtarış aparıb, onlardan ikisini həbs edib.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Məlumata görə, məmurlar heç bir məhkəmə hökmü olmadan zorla evlərə girib, Qəzvində Fəriba Misaqi, Kərəcdə isə Urfan İşraqını həbs edərək özləri ilə aparıblar.

Onların nədə ittiham lunduğu və harada saxlanıldıqları barədə ailələrinə məlumat verilmir.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar