SON XƏBƏRLƏR

Dollarin qiyməti 94 min tüməni, qızıl sikkə isə 79 min tüməni aşıb

2025.02.21, 13:33
Dollarin qiyməti 94 min tüməni, qızıl sikkə isə 79 min tüməni aşıb

İran valyutası dəyər itirməyə davam edir, dolların məzənnəsi 94 min tümənə, 18 əyarlı qızılın 1 qramı 7 milyon tümənə, bir ədəd İmami qızıl sikkəsi isə 79 milyon tümənə çatıb.

Gunaz.tv

Mütəxəsislərin fikrincə, tümənin ucuzlaşmasındakı səbəblərdən biri də, iqtisadi və siyasi səbəblərlə yanaşı, həm də Əbdunnasir Himmətinin (iqtisadiyyat naziri) istefası üçün parlamentə təqdim olunan impiçment müraciətidir.

Bundan başqa, Sənaye, Mədən və Ticarət Nazirliyinin 10-90 adlı yeni idxal siyasəti, Petrokimya şirkətlərinin 4,6 milyard dollar məbləğində xaricdə qalan valyutalarının ölkəyə qaytarılmaması dolların qiymətinin artışında təsir edən göstəricilərdəndir.

Qeyd edək ki, İnzibati Hesablama İdarəsinin məlumatına görə, neft-kimya, emal və metal məhsulları ixracatçılarının valyuta öhdəliklərini yerinə yetirməməsindəki kəskin artım, bazarda dollar qiymətlərinin kəskin yüksəlməsinin əsas səbəblərindən biridir. BBeləliklə, Mərkəzi Bank öz fəaliyyətini müdafiə edərək vurğulayıb ki, qaydaları pozan şəxslərin işləri hüquq-mühafizə orqanlarına göndərilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar