SON XƏBƏRLƏR

İranda neft emalı zavodunda yanğın olub

2025.02.25, 11:13
İranda neft emalı zavodunda yanğın olub

Bu gün yerli vaxtla səhər saat 06:15-də İranın Mərkəzi əyalətinin Şazand şəhərində İmam Xomeyni adına neft emalı zavodunun bloklarından birində yanğın olub.

Gunaz.tv

Bu barədə zavodun ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Əbdultalib Əmini məlumat verib.

Onun sözlərinə görə, yanğın ventilyasiya sistemindəki qurğudan başlayıb.

Əmini hadisə nəticəsində ölən və xəsarət alanların olmadığını, zədələnmiş blokun bərpası istiqamətində işlər görüldüyünü bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar