SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda silahlı qarşıdurmada iki nəfər həlak olub

2025.02.26, 10:10
Sistan və Bəlucistanda silahlı qarşıdurmada iki nəfər həlak olub

Dünən günortadan sonra İranın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə şəhər rəhbərliyi məlumat yayıb.

Rəsmi məlumata görə, bəluçların "Ceyş əl-Ədl" silahlı təşkilatına qarşı keçirilən əməliyyat zamanı təşkilatın 1 üzvü öldürülüb, 6 üzvü isə həbs edilib.

Bəluç Fəallarının Kampaniyasının yaydığı məlumatda isə bir neçə saat davam edən atışma yerinə onlarla hərbi maşın və ambulansın cəlb olunduğu bildirilib.

Kampaniya, yarım ağır, o cümlədən qumbara atanlardan və avtomat silahlardan istifadə olunan qarşıdurma nəticəsində ölən və yaralananların rəsmi məlumatlarda göstəriləndən daha çox olduğunu iddia edib.

"Ceyş əl-Ədl" silahlı təşkilatı axşam saatlarında yaydığı bəyanatda SEPAH qüvvələrinin hücumu nəticəsində 2 üzvünün öldürüldüyünü təsdiq etsə də, 6 üzvünün həbsi barədə məlumatı təkzib edib.

Hadisə şahidlərinin sözlərinə görə, hökumət qüvvələrinin "Ceyş əl-Ədl" üzvlərinin olduğu binaya yarım ağır silahlarla hücumu nəticəsində ətraf evlər də xəsarət alıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar